Vüsal İsgəndərli karyerasını Albaniya klubunda davam etdirəcək - RƏSMİ
"Sumqayıt" futbolçusu Vüsal İsgəndərli ilə vidalaşıb.
MediaSport.az xəbər verir ki, 27 yaşlı hücumçu Albaniyanın "Eqnatia" klubu ilə 1 illik müqavilə bağlayıb.
Forvard artıq bu ölkəyə yola düşüb. İsgəndərli səfərlə bağlı şəklini sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Vüsal ötən mövsüm Sumqayıt təmsilçisinin heyətində 35 oyun keçirib, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.