Ukrayna yığmasının keçmiş hücumçusu Azərbaycana gəlir?

Ukrayna yığmasının keçmiş hücumçusu Azərbaycana gəlir?

Ukrayna milli komandasının keçmiş müdafiəçisi Yaroslav Rakitski karyerasını ölkəmizdə davam etdirə bilər.

mediasport.az xəbər verir ki, Ukrayna mətbuatı "Adana Dəmirspor"dan ayrılan 33 yaşlı futbolçunun Azərbaycan klublarından birinə transfer olunma şansı barədə məlumat paylaşıb.

Ukraynalı həmkarlarımız Rakitskinin Türkiyə, Kipr, Yunanıstan, Qazaxıstan və Azərbaycanın iddialı klublarından birinə keçmək ehtimalının yüksək olduğunu qeyd edir.

Türkiyə klubuna 2022-ci ildə "Zenit"dən transfer edilmiş müdafiəçi Adana təmsilçisinin heyətində 8 oyun keçirib. 2009/2019-cu illərdə milli komandada forma geyinmiş Rakitski 54 görüşə 5 qol vurub.