"Neftçi" yarımpeşəkar və klubsuz futbolçunu baxışa dəvət etdi
"Neftçi" heyətini gücləndirməyə hazırlaşır.
mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi baxışa 1 ildir futbol oynamayan nigeriyalı Peter Olukanı çağırıb.
Son klubu Moldovada 2008-ci ildə yaradılmış və sonrakı taleyi naməlum, yarımpeşəkar "Kodru" olan müdafiəyəmeylli yarımmüdafiəçi yoxlanışdan keçmək üçün Bakıya yola düşüb. Azad agent olan Olukanın transfer dəyəri 50 min avrodur.