Yığma komandamız Albaniya ilə yoldaşlıq oyunu keçirəcək

Yığma komandamız Albaniya ilə yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası yayda Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Mediasport.az xəbər verir ki, bu barədə məlumatı “pamfleti.net” saytı yayıb.

Qeyd olunub ki, görüş iyunun 7-də Avstriyanın Qrats şəhərində baş tutacaq və yerli vaxtla saat 20:45-də start götürəcək.

Oyun albanların AÇ-2024-ə son hazırlıq matçı olacaq.