Mutunun "Neftçi"də birlikdə çalışacağı köməkçiləri açıqlandı - RƏSMİ
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
MediaSport.az xəbər verir ki, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Mütəxəssislərin hər biri ilə 2 illik müqavilə imzalanıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. Paytaxt təmsilçisi bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də Adrian Mutu ilə birlikdə çalışıb.