"Hələ heç nə bitməyib, davamı Razqradda olacaq" - Dermenciev

"Hələ heç nə bitməyib, davamı Razqradda olacaq" - Dermenciev

Mediasport.az UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçirlmiş "Qarabağ" - "Ludoqorets" (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Georgi Dermencievin baş tutan mətbuat konfransını təqdim edir.


Bu mövsüm avrokuboklarda birinci oyunları udub, ikinci matçları uduzursuz. Bu, sizi qorxutmur?

- Şanslar 50/50-dir. Razaqradda görəcəksiz ki, cütün taleyi necə olur.

"Qarabağ" üstün olsa da, ilk qolu vuran siz olduz. Rəqibin hansı zəif cəhətlərindən istifadə edib fərqləndiz?

- "Qarabağ" daha çox hücum edirdi. Belə olanda da bizim qol vurmağımız üçün imkan yaranırdı.

Futbolçunuz qırmızı vərəqə alaraq meydandan qovuldu. Hakimin qərarı ilə bağlı mövqeyiniz necədir?

- Bu haqda çox ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, digər futbolçumuzun ayağı iki tərəfdən sınıb.

Fasilədə futbolçularınıza nə dediz?

- "Qarabağ"ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.

Cavab matçında da bugünkü kimi müdafiədə oynayacaqsız, yoxsa evdə daha çox hücumda oynayıb qalib gəlməyə çalışacaqsız?

- Hələ heç nə bitməyib, davamı Razqradda olacaq.

Kayo və Tekpeteyin yoxluğu sizin üçün nə dərəcədə ciddi itkidir?

- İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik.

"Qarabağ" avrokuboklarda səfərdə çox qol vurur. Bu statistika sizin üçün təhlükəli gəlmir?

- Strategiyanı açıqlaya bilmərəm. Amma gərək, futbolçularım ağıllı olsunlar ki, qalib gəlsinlər.

Qurban Qurbanov Avropada feyr-pley mükafatı alıb. Sizcə, komandanız bu cür komandaya qarşı çox sərt oynamadı? 

- Məncə, heç bir sərt oyun yox idi. Bu futboldur.