"Neftçi"dən 200-cü məğlubiyyət - Ən çox "Qarabağ"a uduzublar

"Neftçi"dən 200-cü məğlubiyyət - Ən çox "Qarabağ"a uduzublar

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

Mediasport.az Peşəkar Futbol Liqasına saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXV turunda "Qarabağ"la görüşə (1:4) təsadüf edib.

“Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmada qeydə alınıb.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır.

Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.