"Mətbuatın "Qarabağ"ın üzərinə çox getməsi bir az anlaşılmazdır"

"Mətbuatın "Qarabağ"ın üzərinə çox getməsi bir az anlaşılmazdır"

"Qarabağ"ın müdafiəçisi Kevin Medina Avropa Liqasının III təsnifat mərhələsinin "Helsinki" (2:1) ilə Bakıda keçirilən ilk oyunundan sonra mediasport.az saytının suallarını cavablandırıb...

- Çox ciddi oyun oldu. Rəqib haqda ətraflı məlumata sahib deyildik. Bu matç göstərdi ki, HİK ciddi rəqibdir. Layiqli oyun göstərə bildik.

Birinci hissədə sanki Elvin Cəfərquliyevlə aranızda mübahisə baş verdi.

- Futbol dialoqlar üzərində qurulub. Oyun zamanı çox epizodlar olur ki, komanda yoldaşlarınla ünsiyyət qurmalı olursan. Bu da bir oyun epizodu idi. Stadionda azarkeşlərin səsinə görə bir-birimizi eşitmirik. Buna görə səs tonumuzu qaldırmaq məcburiyyətində qalırıq. Kənardan mübahisə kimi görünə bilər. Amma əslində bu, normal dialoqdur.

"Rakuv"la matçdan sonra komandanın üzərində təzyiqlər çoxdur. Bu, "Helsinki" ilə oyunun hazırlığına necə təsir etdi?

- Biz təzyiqi sosial şəbəkələrdə, mediada yox, oyun zamanı hiss edirik. Mətbuatın "Qarabağ"ın üzərinə çox getməsi bir az anlaşılmazdır. İllərdir ölkə azarkeşlərinə sevinc yaşadan klubu bu qədər tənqid etməyi doğru hesab etmirəm. Digər klublar kimi "Qarabağ"a da dəstək olmaq lazımdır.

"Rakuv"la matçlar çətin oldu, yoxsa "Helsinki" ilə?

- Hər oyun yeni tarixdir. "Rakuv"la matçlar artıq geridə qalıb.

Növbəti mərhələ şansını necə dəyərləndirirsən?

- Şans həmişə var, üzərimizə düşən işləməkdir. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə çataq.

Müdafiədə xeyli yaxşı oynadın, buna baxmayaraq, rəqib 7 qol epizodu yaratdı. Bunu necə şərh edə bilərsən?

- Futbol səhvlərdən ibarət olan oyundur. Ümumi götürəndə "Qarabağ" az qol buraxan komandalardandır. HİK qol vəziyyətlərindən istifadə edən komandadır. Bəzən rəqib təzyiq yaradanda ehtiyatsızlıqlar oldu. Bunu yoluna qoymaq üçün işləmək lazımdır.


Elvin