"Braqa" - "Qarabağ" matçının biletlərinin qiyməti açıqlanıb

"Braqa" - "Qarabağ" matçının biletlərinin qiyməti açıqlanıb

UEFA Avropa Liqasının pley-offunda Portuqaliya təmsilçisi "Braqa" ilə Azərbaycan çempionu "Qarabağ" arasında keçiriləcək ilk oyunun biletləri bu gün satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 3,5-40 avro aralığında dəyişir.

"Braqa" - "Qarabağ" matçı fevralın 15-də "Braga Municipial" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.