"Qəbələ"də 2 ayrılıq - RƏSMİ
"Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Klubdan mediasport.az saytına verilən məlumata görə, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak 2023-2024-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
2022-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner 7 oyun keçirib.
Səlahəy Ağayevin "Səbail"lə anlaşdığını ilk olaraq mediasport.az (https://mediasport.az/ozel-sebail-milli-komandanin-qapicisi-ile-1-illik-muqavile-bagladi) saytı yayıb.