"Neftçi"dən ayrılan futbolçu Türkiyənin aşağı liqa klubuna keçdi - RƏSMİ

"Neftçi"dən ayrılan futbolçu Türkiyənin aşağı liqa klubuna keçdi - RƏSMİ

Bu gün "Neftçi"dən ayrılan U-21 yığmamızın keçmiş üzvü Mert Çelikin yeni klubu müəyyənləşib.

MediaSport.az xəbər verir ki, müqavilə ilə "Başakşəhər"ə məxsus olan stopper karyerasını Türkiyə 1-ci liqasında mübarizə aparan "Bandırmaspor"da davam etdirəcək.

Futbolçunu heyətə yaxın buraxmayan İstanbul klubu Çeliki dərhal icarəyə verib. Onunla 1 illik anlaşma imzalanıb.

Qeyd edək ki, 2019-cu ildən "Başakşəhər"ə məxsus olan Mert komandasında 1 oyun belə, keçirməyib.