Portuqaliyanın baş məşqçisi istefaya göndərildi, namizəd də var
Dünya Kuboku-2022-də uğursuzluq Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşun postunu itirməsi ilə nəticələnib.
mediasport.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası qarşılıqlı razılıq əsasında 68 yaşlı mütəxəssisi istefaya göndərib.
2014-cü ildən portuqalları çalışdıran Santuşun federasiya ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulmuşdu. Komandanı 2016-cı ildə Avropa çempionu edən məşqçi DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş məğlubiyyətindən qaça bilmədi - 0:1.
Yerli mətbuat yazır ki, yığmaya namizəd axtarışına çıxan federasiyanın ilk olaraq ən real namizədi Joze Maurinyodur. Heç vaxt milli komandalarda baş məşqçi olmayan 59 yaşlı Don Joze 2021-ci ildə "Roma"dan ayrılandan işsizdir.