"Sumqayıt" da Antalyanı seçdi

"Sumqayıt" da Antalyanı seçdi

“Sumqayıt”ın qış hazırlıq planı məlum olub.

Klubdan mediasport.az saytına verilən məlumata görə, Samir Abasovun komandası Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.

Yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq komanda bu müddət ərzində 2 yoxlama oyununda qüvvəsini sınayacaq. 12 və 17 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə məlumat veriləcək.