"Futbolçuya yaraşan hərəkət deyildi, səhvimi başa düşürəm" - "Neftçi"nin futbolçusu üzr istədi
"Neftçi"nin əsas və əvəzedici komandasının futbolçusu Rüfət Abbasov klubun rəsmi saytına açıqlama verib.
mediasport.az xəbər verir ki, Əvəzedicilər Liqasının 3-cü turu çərçivəsində avqustun 21-də “ASK Arena”da keçirilmiş “Sabah-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində rəqib futbolçunu qəsdən vuraraq meydandan kənarlaşdırılan müdafiəçi kobud hərəkətinə görə üzrxahlığını bildirib:
"Səhvimi başa düşürəm. Etdiyim peşəkar futbolçuya yaraşan hərəkət deyildi, bunu anlayıram. Matçın son dəqiqələri idi, məğlub olurduq, üstəlik, oyunum da alınmırdı. Bu səbəbdən gərgin idim və həmin an əsəblərimi cilovlaya bilmədim. Bütün komanda yoldaşlarımdan, məşqçi heyətimizdən, rəqib komandadan və şəxsən Səbuhi Qurbanovdan etdiyim hərəkətə görə üzr istəyirəm. Oyundan sonra Səbuhi ilə şəxsən görüşdüm və üzrxahlığımı bildirdim. “Neftçi”nin əsas heyətinə dəvət olunan futbolçunun bu cür hərəkətə yol verməməli olduğunu başa düşürəm. Gələcəkdə bu cür halların bir daha təkrarlanmamasına çalışacağam".