"Rəqibimizin "Qarabağ" olması bizdə qorxu yaratmır, əksinə..."
"Debarın 21-də Xankəndidə oynamağımızla bağlı rəsmi xəbər yoxdur. PFL bu haqda bizə məlumat verməyib. Olsa, çox gözəl olacaq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında 1-ci Liqa klubu MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis dekabrın 21-də futbol üzrə ölkə kubokunun 1/8 final mərhələsinin "Qarabağ"la matçı haqda fikirlərini bölüşüb. Abbasov qeyd edib ki, rəqibin "Qarabağ" olması onlara böyük stimuldur:
"İlk növbədə stimul olacaq ki, "Qarabağ"a qarşı oynayırıq. Digər tərəfdən oyunun Xankəndidə keçirilməsi xüsusi hisslər yaradacaq. "Qarabağ"la oyun haqda hələ ki, fikirləşmirik. Əvvəlcə liqadakı oyunlarımıza köklənmişik. Kubokda rəqibimizin son çempion olması bizdə qorxu yaratmır. Əksinə, mən və furtbolçularım üçün əlavə motivasiyadır. Hər bir aşağı liqa klubunun arzusudur ki, "Qarabağ"a qarşı oynasın. Azarkeşlər oyuna gözəllik qatacaqlar. Futbolun gözəl olması fanatların stadiona gəlməsindən asılıdır".
Qeyd edək ki, qarşılaşmanın Xankəndi stadionunda keçiriləcəyi ilə bağlı son xəbəri AzTV-nin xəbərlər proqramı yayıb. Görüşün azarkeşlərin iştirakı ilə baş tutacağı və biletlərin bugünlərdə satışa buraxılacağı vurğulanıb (https://mediasport.az/qarabagin-oyununun-xankendi-stadionunda-kecirileceyi-deqiqlesib).