"Qarabağ" Norveçə yollandı - FOTO
Son Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının 4-cü turunun "Budö Qlimt"lə oyunu üçün Norveçə yollanıb.
Mediasport.az xəbər verir ki, "köhlən atlar"ın Budö təmsilçisi ilə görüşü noyabrın 7-də, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Ağdam klubu əsas mərhələdə səfərdə "Tottenhem"ə (0:3), evdə "Malmö" (1:2) və "Ayaks"a (0:3) uduzub.