"Səbail" "Spartak"la görüşəcək

"Səbail" "Spartak"la görüşəcək

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün Antalyada son yoxlama matçını keçirəcək.

mediasport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Serbiyanın "Spartak" (Subotiça) klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtilə saat 15:00-da başlanacaq.

Paytaxt təmsilçisi Türkiyə toplanışında bunadək "Legiya" (2:2) və "Bohemians"la (0:0) bərabərə qalmışdı.