"Neftçi"nin hakimləri söyən məşqçisinin şikayəti rədd edildi
Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib.
mediasport.az xəbər verir ki, İntizam Komitəsinin ötən il dekabrın 15-də I Divizionda çıxış edən "Neftçi-2" komandasının baş məşqçisi Rəşad Abdullayev barəsində verdiyi 5 oyunluq kənarlaşdırma cəzası və 400 manatlıq cərimə qüvvədə saxlanılıb.
Abdullayev "Araz Naxçıvan"la 14-cü tur görüşünün 58-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alıb.