"Qarabağ"ın "Braqa" ilə pley-off oyunları üçün iştirak ərizəsi

"Qarabağ"ın "Braqa" ilə pley-off oyunları üçün iştirak ərizəsi

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" kollektivi ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, "köhlən atlar" həmin oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanov 24 futbolçunun adını sifariş edib.

Qış fasiləsində transfer edilən Aleksey İsayev də heyətə salınıb.

Xatırladaq ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü Bakıda 22-də evdə keçirəcək.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov.

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir.

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.