AFFA-nın keçirdiyi "D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub

AFFA-nın keçirdiyi "D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Mediasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Tədbirin son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib.

Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev birlikdə təqdim ediblər