"Neftçi"yə qalib gələn Şenol Günəş Fatih Terimin rekordunu təkrarladı
"Beşiktaş"ın Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçı çərçivəsində "Neftçi"ni məğlub etməsi İstanbul nəhənginin baş məşqçisi Şenol Günəş üçün əlamətdar olub.
mediasport.az xəbər verir ki, Bakıda qeydə alınan 3:1 hesablı qələbə 71 yaşlı mütəxəssisin avrokuboklarda 20-ci zəfəri olub.
Təcrübəli mütəxəssis bununla da Türkiyə futbolunun tarixinə düşüb. Avrokuboklarda 41-ci matçına çıxan Günəş hazırda klubsuz olan "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terimin rekordunu təkrarlayıb.