Braziliyalı futbolçu "Zirə"ni möhtəşəm klub adlandırıb söz verdi

Braziliyalı futbolçu "Zirə"ni möhtəşəm klub adlandırıb söz verdi

"Zirə"nin yeni transferi Ruan Renato sosial şəbəkə hesabında qəsəbə klubuna keçidi ilə bağlı paylaşım edib.

MediaSport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasında yeni dövrün başladığına işarə edib.

Zirə təmsilçisinə "Qəbələ"dən gəlmiş braziliyalı futbolçu xoşbəxt olduğunu qeyd edib:

"Karyeramda yeni dövr başladı. Mən çox xoşbəxtəm və bu cür möhtəşəm klubda oynamaq üçün motivasiyalıyam. Söz verirəm ki, heç vaxt mübarizəm əskik olmayacaq. Birlikdə yeni mövsüm üçün hədəflərimizə nail ola bilərik".