Nərgiz İsmayılova Gürcüstan - Avstriya oyununa təyinat aldı

Nərgiz İsmayılova Gürcüstan - Avstriya oyununa təyinat aldı

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında "Gümüş Avropa Liqası"nın qarşılaşmasına təyinat alıb.

mediasport.az xəbər verir ki, İsmayılova B qrupunda mübarizə aparan Gürcüstan və Avstriya yığmaları arasında keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Gürcüstanda baş tutacaq.

CEV-in bu matç üçün təyinatına əsasən İsmayılova görüşün hakimləri moldovalı Andrey Taran və gürcüstanlı Mixail Guniavanın işinə qiymət verəcək.