"Növbəti iki matçda maksimum nəticə göstərib qalib gəlməliyik"
Almaniyanın 2-ci Bundesliqa klubu "Nürnberq"də forma geyinən Azərbaycan yığmasının futbolçusu Mahir Emreli yerli "Bild" nəşrinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, 27 yaşlı hücumçu qış fasiləsi öncəsi xal ehtiyatlarını yaxşılaşdırmalı olduqlarını qeyd edib.
"Növbəti iki matçda maksimum nəticə göstərib qalib gəlməliyik. Məqsədimiz budur, mübarizə aparacağıq. Rahat tətil keçirmək üçün xallar qazanmaq vacibdir".
"Nürnberq" dekabrın 15-də 16-cı tur çərçivəsində "Köln", 21-də isə "Ayntraxt"la (Braunşveyq) qarşılaşacaq.
Qeyd edək ki, Mahir Emreli Bundesliqada 10 matç keçirib, 3 qol və 1 assistlə yadda qalıb.
O, kubok görüşündə də bir dəfə fərqlənib.