"Neftçi"dən ayrılan müdafiəçi Ərəbistan klubunda çıxış edəcək
"Neftçi"dən ayrılan Solomon Kvirkveliyanın yeni klubu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Gürcüstan millisinin üzvü "Əl-Oxdud"a keçib.
Qeyd edək ki, Solomon Kverkveliya 2022-ci il iyulun 4-də "ağ-qaralar"la 2 illik müqavilə imzalamışdı. Paytaxt təmsilçisi ötən gün oyunçu ilə sözləşmənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.