Renatonun paylaşımı: "Bütün çətinliklərə baxmayaraq..."

Renatonun paylaşımı: "Bütün çətinliklərə baxmayaraq..."

"Zirə" Azərbaycan Kubokunun 1/4 finalının ilk matçında "Səbail"i məğlub edib.

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin qollarından birinin müəllifi Ruan Renato rəsmi "Instagram" hesabında paylaşım edib:

"Qələbəyə və komandama məqsədə çatmaqda kömək etdiyimə görə çox şadam. Səylə çalışmağa davam edəcəyik. Bütün çətinliklərə baxmayaraq, hədəflərinizə çatmaq üçün birlik olmağa davam edəcəyik".

Xatırladaq ki, Renato ötən ilin yayında "Qəbələ"dən "Zirə"yə keçib.