"O klubla heç bir rəsmi bağlılığımız qalmayacaq" - "Qəbələ" rəsmisi
"Qəbələ"nin yeni idman direktoru Səbuhi Səfiyarlı bölgə təmsilçisinə təyinatı ilə bağlı açıqlama verib.
Mediasport.az saytına danışan funksioner "qırmızı-qaralar"ı özünə doğma hesab etdiyini bildirib:
"Hər şey qısa vaxtda baş tutdu. Klub rəhbərliyi təklif göndərdi. Düşündüm ki, onlar mənim kluba dəstək ola biləcəyimi hesab edirlərsə, təklifi geri çevirə bilmərəm. "Qəbələ" mənə yaxındır, orada tanış, dost insanlar var. Yekunda belə qərar verdim".
2-ci Liqa təmsilçisi "Cəbrayıl"da da təmsil olunan Səfiyarlı açıqlamasında "O klubla heç bir rəsmi bağlılığımız qalmayacaq" fikrini çatdırıb.
Qeyd edək ki, klub rəsmisi uzun illər Qəbələ təmsilçisində çalışıb.
Rövşən