Azərbaycan çempionatında 1/2 final: "Azərreyl"dən asan qələbə

Azərbaycan çempionatında 1/2 final: "Azərreyl"dən asan qələbə

Kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, pley-off mərhələsinin ilk günündə bir matç baş tutub.

“Azərreyl” GİN-in Voleybol Mərkəzində keçirilən matçda MOİK üzərində asan qələbə qazanıb - 3:0 (25:15, 25:17, 25:12).

Yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək.

İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək.