Bu klubun adı dəyişdirilib - Ev oyunlarını Cəlilabadda keçirəcək
Ötən mövsüm Azərbaycan Basketbol Liqasında "Zirvə-Astara" adı ilə çıxış edən klubun adı dəyişdirilib.
Mediasport.az xəbər verir ki, komanda bundan sonra “Cəlilabad” adı altında fəaliyyət göstərəcək.
Bölgə təmsilçisinin yeni mövsümdə ev oyunlarını keçirəcəyi arena da müəyyənləşib.
Klub rəqiblərini Cəlilabad Olimpiya İdman Kompleksində qəbul edəcək.
Yeni mövsüm ərəfəsində kompleksdə əsaslı təmir işləri görülüb və yekun tamamlanma işləri bitdikdən sonra arena “Cəlilabad” klubunun ixtiyarına buraxılacaq.