Olimpiya çempionu Bakıdadır
2016-cı ildə ölkəmizin ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi Semuel Şenklənd yenidən Azərbaycana gəlib.
mediasport.az xəbər verir ki, 31 yaşlı şahmatçı Bakıda bu gün start götürəcək və dekabrın 24-nə qədər davam edəcək “Vüqar Həşimov Memorialı-2022”də çıxış edəcək.
Turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.