Vüqar Həşimov adına "fair-play" mükafatının sahibləri bəlli olub

Vüqar Həşimov  adına "fair-play" mükafatının sahibləri bəlli olub

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərindəki "Tata Steel Chess" turnirinda məlum olub.

mediasport.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondundan "Report"a verilən məlumata görə, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən qrossmeysterlər təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib. Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb. “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.