Yığmamızın Almatıdakı Dünya çempionatı üçün heyəti açıqlandı

Yığmamızın Almatıdakı Dünya çempionatı üçün heyəti açıqlandı

Sabah Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növü üzrə Dünya çempionatına start veriləcək.

mediasport.az xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Ölkəmizi kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Aydın Süleymanlı, Vüqar Əsədli, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edəcəklər.

Dünya çempionatı dekabrın 30-da yekunlaşacaq.