12 karateçimiz Rusiyada keçirilən beynəlxalq turnirdə medal qazanıb

12 karateçimiz Rusiyada keçirilən beynəlxalq turnirdə medal qazanıb

Azərbaycan karateçiləri Rusiyada keçirilmiş "Open Rossiya" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, təmsilçilərimizdən Nəsimi Musayev 70 kq çəkidə çempion olub.

Nərgiz Aslanova 25 kq-da, Cəlal Şükürov 35 kq-da, Mehdi Abdullayev 35 kq-da gümüş medal qazanıb.

Kamran Cəfərli (42 kq), Qəhrəman Rzaquliyev (30 kq), Dəniz Nəcəfli (47 kq), Mədinə Sadıqova (55 kq), Günay Ramazanova (55 kq), Aysel Məmmədova (66 kq), Məhəmməd Kazımlı (60 kq) və Murad Hacızadə (84 kq) isə bürünc mükafata yiyələnib.

Komandamız turniri 12 medalla başa vurub.

Yarışa Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Turkiyə, İran, Belarus, Misir və Ermənistandan ümumilikdə 1200 karateçi qatılıb.