Azərbaycan karateçiləri beynəlxalq turnirdə 4 medal qazanıblar
Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Mediasport.az xəbər verir ki, idmançılarımız 4 medal qazanıblar.
Fərdi kumite yarışında Əminağa Quliyev (60 kq) qızıl, Hüseyn Məmmədli (67 kq) və Murad Hacızadə (84 kq) bürünc medal əldə ediblər.
Kata yarışında isə Ramilə Heydərova gümüş medala sahib çıxıb.