Fransada idmançılarımızdan ən yaxşı nəticəni Anna Başta göstərdi
Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın Orlean şəhərində keçirilən sablya növü üzrə Qran-pri yarışında 5-ci yeri tutub.
mediasport.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayıb təsnifatı uğurla keçən 26 yaşlı idmançı yekun sıralamada 5-ci olub.
Azərbaycanın digər təmsilçilərindən Valeriya Bolşakova və Palina Kaspiaroviç də təsnifat mərhələsindən ən güclü "64-lüy"ə yüksəlməyi bacarıb.
Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova isə mübarizəni təsnifat mərhələsində dayandırıb. Kərimova qrup səddini uğurla adlasa da, ilk pley-off görüşündə məğlub olub. Bünyatova və Hüseynova təsnifat mərhələsinin pley-offuna yüksələ bilməyib.