Yığma komandamızın lideri Fransada "16-lığ"a düşə bilməyib
Qadın sablyaçılarımız Fransanın Orlean şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə Qran-pri yarışında çıxışlarını başa vurublar.
Mediasport.az xəbər verir ki, təmsilçilərimizdən mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Avstraliya qılıncoynadanı Veronika Vasilevaya 15:9 hesabı ilə qalib gəlsə də, ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Sesilia Berderə 8:15 hesabı ilə məğlub olub.
Digər sablyaçılarımız - Səbinə Kərimova, Valeriya Bolşakova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Zərifə Hüseynova isə ən güclü "64-lüy"ə yüksələ bilməyiblər.