Ölkə çempionunun baş məşqçisi və köməkçiləri müəyyənləşdi - RƏSMİ

Ölkə çempionunun baş məşqçisi və köməkçiləri müəyyənləşdi - RƏSMİ

Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümündə iştirak edəcək “Araz-Naxçıvan”da məşqçilər korpusu müəyyənləşib.

MediaSport.az saytına verilən məlumata görə, komandanı Birinci Divizionda çempion edən baş məşqçi Azər Bağırovla müqavilənin müddəti uzadılıb.

Onun 5 köməkçisi olacaq. Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov isə qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Bütün mütəxəssislərlə 1 illik müqavilə imzalanıb.