"Turan Tovuz" oyunlarını evdə keçirməyəcək - PFL qərar verdi
Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.
MediaSport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq qurumun İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək bir sıra qərarlar qəbul edib .
Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin "Araz Naxçıvan" – “Turan Tovuz” oyunu , 2-ci dövrənin "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçiriləcək.
1-ci dövrənin "Qarabağ" - "Turan Tovuz" matçı, 2-ci dövrənin "Turan Tovuz" - "Qarabağ" görüşü kimi təşkil olunacaq.
Bundan əlavə, 4-cü turdan etibarən Tovuz şəhər stadionu qarşılaşmaları qəbul etməyə hazır olmalı və bununla bağlı bütün işlər nəzarətdə saxlanılmalıdır.
Qeyd eədk ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonunda planlaşdırılır.
Beləliklə, 1-ci turda “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.
Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, daha əvvəl matçın avqustun 4-də saat 17:00-da Tovuz şəhər stadionunda olacağı açıqlanmışdı.