"Qarabağ"ın matçına biletlərin qiyməti 3 manatdan başlanır

"Qarabağ"ın matçına biletlərin qiyməti 3 manatdan başlanır

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək “Qarabağ” - “Sabah” matçının biletləri iticket.az-da satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.