"Turan Tovuz" ölkə çempionatında ilk dəfə böyük hesabla uduzub
“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub.
Mediasport.az xəbər verir ki, bu, Premyer Liqanın XXXI turunun “Sumqayıt”la görüşündə qeydə alınıb.
Qonaqlar bu matçda 4:1 hesablı qələbə qazanıblar.
Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.
Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi kimi düşüb. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.