Jurnalistlərlə əvvəl Qurbanov, sonra Yakiroviç görüşəcək

Jurnalistlərlə əvvəl Qurbanov, sonra Yakiroviç görüşəcək

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, matçdan öncə keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 27 avqust, 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər önünə çıxacaq. Komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) saat 18:00-da başlayacaq.

Qonaq komandanın baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Açıq məşqləri isə 19:45-də start götürəcək.

Avqustun 28-də keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü 20:45-də başlanacaq.

Xatırladaq ki, Xorvatiyada keçirilən ilk matçda "köhlən atlar" 0:3 məğlub olmuşdu.