"Qarabağ" "Qalatasaray" və "Fiorentina"nı keçdi - UEFA açıqladı

"Qarabağ" "Qalatasaray" və "Fiorentina"nı keçdi - UEFA açıqladı

Klubların UEFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, tarixi zəfərlə Avropa Liqasında 1/8 finala yüksələn “Qarabağ” 32,000 xalla 56-58-ci yerləri bölüşür.

Komandamız “Fənərbağça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir.

Əlavə göstəricilərə görə Qlazqo təmsilçisini qabaqlayan Ağdam təmsilçisi 57-cidir.

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib.

Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsalımız 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib.

Ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşən “Qarabağ” siyahıda irəliləyib. Komandamız “Fiorentina” (31,000) və “Qalatasaray”"ı (31,500) keçib.