"Qarabağ"ı "Braqa" səfərində dəstəkləmək istəyən azarkeşlərə ayrılan biletlərin sayı açıqlanıb

"Qarabağ"ı "Braqa" səfərində dəstəkləmək istəyən azarkeşlərə ayrılan biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 15-də "Braqa"nın qonağı olacaq "Qarabağ"ın azarkeşləri üçün ayrılan bilet sayı müəyyənləşib.

Bu barədə Mediasport.az saytına Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Portuqaliyada keçiriləcək qarşılaşmada azarkeşlər üçün 1500 bilet nəzərdə tutulub.

Biletlər matçın başlanmasına 2 saat qalmış satışa çıxarılacaq.

"Braqa" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bir həftə sonra Bakıda cavab dueli baş tutacaq.