ÖZƏL! "Neftçi" "Qarabağ"ın daha bir futbolçusu üçün hərəkətə keçdi

ÖZƏL! "Neftçi" "Qarabağ"ın daha bir futbolçusu üçün hərəkətə keçdi

"Neftçi" "Qarabağ"la yeni müqavilə bağlamağa tələsməyən Ramil Şeydayevin ardından, Ağdam klubunun daha bir futbolçusunu gözaltı edib.

mediasport.az saytına daxil olan məlumata görə, "ağ-qaralar" yayda Filip Ozobiçi heyətinə qatmağa çalışır. Paytaxt təmsilçisi transferin reallaşması üçün əməli tədbirlərə keçib.

"Neftçi" bu istiqamətdə komandanın lideri və kapitanı Emin Mahmudovu vasitəçi edib. Yığmamızın yarımmüdafiəçisi vaxtilə Moskva "Spartak"ında birlikdə çıxış etdiyi və yaxın dostluq münasibətləri olan Ozobiçlə əlaqələrini işə salıb. Əsas heyətə düşməkdə çətinlik çəkən 32 yaşlı milliləşdirilmiş xorvatiyalı edilən təklifin cəlbedici olduğunu bildirib. Lakin o, yaxın dostuna son qərarı baş məşqçi Qurban Qurbanovun verəcəyini deyib.

Ozobiçin "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.