"Hədəfimiz Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməkdir"
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Dinamo" (Zaqreb) ilə üz-üzə gələcək.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Musatafazadə oyundan əvvəl baş tutan mətbuat konfransında iştirak edib:
"Sabah bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik. Hədəfimiz Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməkdir. Oyuna yaxşı hazırlaşmışıq. Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək".
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Dinamo" ilə birinci oyundan sonra komandanın müdafiə xətti tənqidlərə məruz qaldı. Bu tənqidlər sizə necə təsir edir?
- Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri təhlil edib, nəticə çıxaraq. Təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq və növbəti oyunlarda təkrarlamayq.
Üzərinizdə hansısa təzyiq var?
- Xeyr. Çünki artıq bir neçə turdur ki, Çempionlar Liqasında oynayırıq. Sakitik. Təcrübəmiz var. Hər kəs sakitdir, hamı inanır. Ən önəmlisi də, daha sakit olmaqdır. Özüm də yaxşıyam. Daha yaxşı oyun göstərməyə çalışacağıq.