Maksimdən FAKTiki təsdiq - Ozobiçin "Qarabağ"dan gedəcəyi dəqiqləşdi
"Qarabağ"la müqaviləsi başa çatan yarımmüdafiəçi Filip Ozobiçin komandanı tərk etməsi dəqiqləşmək üzrədir.
mediasport.az xəbər verir ki, Ağdam klubunun kapitanı Maksim Medvedev artıq bu barədə sosial şəbəkə hesabında paylaşım edərək yığmamızın üzvünə uğurlar arzulayıb.
"Hər şey üçün təşəkkürlər. Səninlə birlikdə oynadığımız üçün çox xoşbəxtik. Sənə hər şeyin ən yaxşısını arzulayıram".
Xorvatiyalı futbolçu "Qarabağ"da 2018-ci ilin yayından çıxış edir. O, cari mövsüm 30 oyun keçirib, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.