Ramil ilk məşqdə islandı - FOTOLAR

Ramil ilk məşqdə islandı - FOTOLAR

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Tailanda yeni müqavilə bağladığı klubunda ilk məqşinə çıxıb.

MediaSport.az xəbər verir ki, yeni mövsümün hazırlıqlarına start verən "Buriram Yunayted"in mətbuat xidməti yağış altında keçirilmiş məşqdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, komanda iyulun 22-də “Utay Tani” ilə yoxlama matçında qüvvəsini sınayacaq. Ramilin bu oyunda meydana çıxacağı gözlənilir.

Tayland çempionatı isə avqustun 12-də start götürəcək.