İdmançılarımız Mançesterdəki dünya çempionatında iştirak edəcəklər
Azərbaycan para-üzgüçüləri iyulun 31-də İngiltərənin Mançester şəhərində start götürəcək dünya çempionatına yollanıblar.
MediaSport.az xəbər verir ki, avqustun 6-dək davam edəcək yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.
Bunlar üçqat paralimpiya çempionu Roman Saley, paralimpiya çempionu Vəli İsrafilov və Könül Süleymanovadır.
Turnirdə ilk 2 yeri tutanlar 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.