21 dövlət qurumu, 72 iştirakçı
21 dövlət qurumu arasında keçirilən üzgüçülük yarışının açılış mərasimi baş tutub.
Mediasport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və bir sıra qurumların rəsmi şəxsləri iştirak ediblər.
Komandalar təqdim edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nazirlik rəsmisi iştirakçılara salamladıqdan sonra qurumlara təşəkkür edib:
"72 idmançıdan 12-si xanımlardır. Onlara da minnətdarıq. Ümid edirəm ki, bu turnir də əvvəlkilər kimi uğurlu alınacaq. Güclü olan qalib gəlsin".
Üzgüçülük üzrə Azərbaycan milli komandasının çalışdırıcısı Rəşad Əbdürrəhmanov qaydalar haqqında məlumat verib və ilk yarışlar start götürüb.