Poşada ilk qızıl medalı onlar qazandılar - III Avropa Oyunları

Poşada ilk qızıl medalı onlar qazandılar - III Avropa Oyunları

Polşada təşkil olunan III Avropa Oyunlarının ilk qızıl medalının sahibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, yarışın ikinci günündə sinxron üzgüçülük üzrə qarışıq komanda yarışında İtaliya yığmasının üzvləri - Corcio Minisini və Lukreziya Rucciero 242,3599 xal toplamaqla bütün rəqiblərini geridə qoyublar.

İspaniya təmsilçiləri Emma Qarsiya və Dennis-Boneu Qonzales 216,5867 xalla ikinci, Böyük Britaniyadan Biatris Lennon Krass və Ranjuo Çarls Tombli (203,4916) 3-cü yeri tutublar.

III Avropa Oyunlarında 253 dəst medal sahibini tapacaq.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.